Fələstin Çini darmadağın etdi

Fələstin Çini darmadağın etdi
11:10

Yoldaşlıq görüşü çərçivəsində Çinin Çuntsin şəhərindəki "Chongqing Longxing" stadionunda baş tutan matçda Fələstin milli komandası ev sahibi Çin seçməsini 5:0 hesabı ilə darmadağın edib.

News365.az xəbər verir ki, qarşılaşmada üstünlüyü tamamilə ələ alan Fələstin seçməsində Əsəd Əl-Həmlavi 16 və 22-ci dəqiqələrdə vurduğu qollarla dubl edərək komandasını irəli çıxarıb. İlk hissənin sonuna əlavə olunmuş dəqiqələrdə (45+5) Oday Dabbah fərqi üç topa çatdırıb. İkinci hissədə də hücumlarını davam etdirən Fələstin futbolçuları rəqib qapısından daha iki cavabsız qol keçirərək matçı 5:0 hesablı parlaq qələbə ilə yekunlaşdırıblar.

Bu nəticə Çin milli komandasının müdafiə xəttindəki ciddi problemləri üzə çıxardığı halda, Fələstin seçməsinin yüksək hazırlıq səviyyəsini nümayiş etdirib. 


Sizin reklam burada
Sizin reklam burada