Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı

Fatimə Kərimovanı öldürən şəxs Türkiyədə saxlanıldı
20:20

Gürcüstanda azərbaycanlı Fatimə Kərimovanı qətlə yetirməkdə təqsirləndirilən Ağcabədi rayon sakini Emin Əliyev saxlanılıb.

News365.az xəbər verir ki, qətl hadisəsindən sonra Gürcüstan daxili işlər orqanları E.Əliyev barəsində axtarış elan edib. E.Əliyev Türkiyə hüquq-mühafizə orqanları əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılıb. Məlumata görə, hazırda onun Gürcüstana təhvil verilməsi ilə bağlı işlər aparılır.


Sizin reklam burada
Sizin reklam burada