Əvəz Zeyanllı bu gün 6-cı kimyaterapiyaya girəcək

Əvəz Zeyanllı bu gün 6-cı kimyaterapiyaya girəcək
15 Avq 2025 10:34

"Xural” TV-nin bir neçə ay öncə həbsdən azad edilən rəhbəri Əvəz Zeynallı səhhətilə bağlı yenidən Türkiyəyə gedib.

News365.az xəbər verir ki, bu barədə jurnalistin özü bildirib.

Əvəz Zeynallının sözlərinə görə, o, hazırda Ankara şəhərindədir.

“Bu gün 6-cı kimyaterapiya günüdür...”, - deyə jurnalist bildirib.

Qeyd edək ki, Əvəz Zeynallı xərçəng xəstəliyindən əziyyət çəkir.


Sizin reklam burada
Sizin reklam burada