“İlk yardım Özbəkistan tərəfindən göstərilib”

“İlk yardım Özbəkistan tərəfindən göstərilib”
21:10

Prezident İlham Əliyev Daşkənddə mətbuata bəyanatında Qarabağa investisiyaların cəlb olunmasında Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin xüsusi rolunu qeyd edib.

News365.az xəbər verir ki, dövlət başçısı bununla bağlı deyib:

“Bir daha Prezident Şavkat Miromonoviç Mirziyoyevin Qarabağa investisiyaların cəlb olunmasında xüsusi rolunu qeyd etmək istərdim. İlk yardım Özbəkistan tərəfindən göstərilib: Füzulidə Mirzə Uluqbəy adına 960 şagird yerlik məktəbin tikintisi, Xankəndidə tikiş fabrikinə investisiyanın qoyulması. İlk iri sənaye müəssisəsi də yenə Özbəkistanla bağlıdır”.


Sizin reklam burada
Sizin reklam burada