Ermitaj BAĞLANDI - SƏBƏB

Ermitaj BAĞLANDI - SƏBƏB
15 Apr 2025 17:50

Rusiya Dövlət Ermitajı təhlükəsizlik təhdidi ilə bağlı anonim məlumat alındığı üçün ziyarətçilər üçün müvəqqəti olaraq bağlanıb.

News365.az xəbər verir ki, bu barədə muzeyin teleqram kanalında bildirilib.

"Aprelin 15-də Ermitaja təhlükəsizlik rejiminə təhdid edən anonim məlumat daxil olub. Binalara giriş müvəqqəti olaraq bağlanıb, ekspozisiya zalları və xidməti otaqlar yoxlanılır", - məlumatda qeyd olunub.

Muzeydən bildirilib ki, aprelin 15-i üçün alınmış biletlər başqa gün və ya yoxlama başa çatdıqdan sonra etibarlı olacaq.



Sizin reklam burada
Sizin reklam burada