Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi diqqət çəkən məlumat yayıb. Nazirliyin mətbuat üçün bəyanatında qeyd edilib ki, Müdafiə Nazirliyinə məxsus avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi haqqında yayılan xəbərlər həqiqəti əks etdirmir.
Qeyd edilib ki, qəzaya dair videomateriallar və şərhlər mətbuatda geniş yayılır. Mətbuat qəzanın Ermənistanın müdafiə naziri Suren Papikyanın iştirakı ilə baş verdiyini yazır.
"Əslində isə təqdim olunan məlumatlar həqiqətə uyğun deyil. Müdafiə naziri kadrlarda göstərilən avtomobildə olmayıb. Üstəlik, Suren Papikyan həmin vaxt evdə olub”,- nazirlik bildirib.
Tural