Ermənistana təbii qazın verilməsi dayandırıldı

Ermənistana təbii qazın verilməsi dayandırıldı
11:15

Gürcüstan ərazisində bərpa işlərinin aparılması zərurəti ilə əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılıb. Bu barədə “Qazprom Ermənistan” şirkətinin mətbuat xidməti məlumat yayıb.

“Martın 18-i saat 09:00-dan 18:00-dək Şimali Qafqaz-Zaqafqaziya tranzit qaz kəmərinin Gürcüstan ərazisindən keçən Qazax-Saquramo hissəsində (DN 1000) qəzalı bərpa işləri aparılacaq. Bununla əlaqədar Ermənistana təbii qazın verilməsi müvəqqəti olaraq dayandırılacaq”, - məlumatda deyilir.

Qeyd edilib ki, göstərilən müddətdə daxili ehtiyatlar və İrandan tədarük olunan əlavə həcmlər hesabına respublikanın istehlakçılarının qazla fasiləsiz və etibarlı qaz təchizatı məhdudiyyətsiz həyata keçiriləcək.

Tural


Sizin reklam burada
Sizin reklam burada