Ermənistan və Gürcüstan sərhədlərini niyə açıq saxlayır?

Ermənistan və Gürcüstan sərhədlərini niyə açıq saxlayır?
09:08

Quru sərhədləri yenə bağlı saxlanıldı. Və ölkəmiz sərhədlərin bağlaı qalmasında yeni bir rekorda imza atdı.

Maraqlıdır ki, sərhədlərin daha nə qədər bağlı qalacağı barədə dəqiq fikir yoxdur. Amma dəqiq olan odur ki, bu işdən həm dövlət, həm də xalqımız itirir.

Məsələ ilə bağlı danışan iqtisadçı Natiq Cəfərli deyir ki, bəzi deputatlar quru sərhədlərin bağlı qalmasını “təhlükəsizlik” məsələləri ilə izah etməyə çalışırlar:

“Hörmətli vəkillərlə bu məsələni canlı yayımda müzakirə etmək istərdim – bəlkə doğrudan da, elə arqumentlər gətirəcəklər ki, quru sərhədlərin bağlı olmasının zəruriliyinə hamımızı inandıracaqlar?!

Məsələn, bəlkə izah edə biləcəklər ki, Ukrayna və Rusiya müharibə aparır, Rusiya 4 ildən çoxdur ki, Ukraynaya qarşı təcavüzkar işğalçı savaş açıb – amma, nədənsə, təhlükəsizliyə görə nə Ukrayna, nə Rusiya sərhədlərini bağlamayıb?!

Və ya, bizim də razılaşacağımız misallarla sübut edəcəklər ki, Cənubi Qafqazda ən güclü Orduya, təhlükəsizlik sisteminə malik olan Azərbaycan sərhədləri bağlı, amma, bizdən qat-qat zəif olan Ermənistan və Gürcüstan açıq saxlayır?!

Nəhayət, bəlkə də elə daşdan keçən sözlər deyəcəklər və hamımız razılaşacağıq ki, məsələn, təyyarə ilə Tbilisiyə gedən Azərbaycan vətəndaşı, sonra quru yolla evinə, ölkəsinə dönməyə məhz təhlükəsizliyə görə icazə verilmir?!”

News365.az


Sizin reklam burada
Sizin reklam burada