“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb

“Qarabağ” pley-off mərhələsinə vəsiqə qazanıb
22:20

Azərbaycanın UEFA Konfrans Liqasındakı təmsilçisi “Qarabağ” bu gün III təsnifat mərhələsində cavab oyununa çıxıb.

News365.az xəbər verir ki, Ağdam klubu Ukraynanın “Dinamo” (Kiyev) komandasını qəbul edib.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən ağdamlıların üstünlüyü ilə keçib. Təmsilçimiz iki cavabsız qol vuraraq adını növbəti mərhələyə yazdırıb.

Qeyd edək ki, Lublində baş tutan ilk oyunda “Dinamo” 1:0 hesablı qələbə qazanıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi (cavab oyunu)

13 avqust

20:00. “Qarabağ” (Azərbaycan) – “Dinamo” (Kiyev, Ukrayna) 2:0
Qollar: J. Muaddib, 12, A. Kaşuk, 69

"Qarabağ": 23. Zlomisliç, 2. Mateus Silva, 4. Bençe Vorkonyi, 55. Bədavi Hüseynov, 44. Elvin Cəfərquliyev, 35. Pedro Bikalyo, 8. Marko Yankoviç, 20. Kadi Borges, 7. Jali Muaddib, 21. Aleksey Kaşuk, 10. Abdullah Zubir

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 99. Mateuş Koxalski, 5. Bruno Lanqa, 9. Coni Montiel, 13. Bəhlul Mustafazadə, 22. Musa Qurbanlı, 29. Renaldo Sefas, 32. Hikmət Cəbrayılzadə, 49. Əli Bəşirov, 88. Lobato

Baş məşqçi: Qurban Qurbanov

"Dinamo"(Kiyev):71. Surkis, 5. Sıç, 40. Bilovar, 32. Mixhavko, 44. Dubinçak(k), 6. Brajko, 15. Rubçinski, 39. Gerrero, 21. Lonviyk, 70. Reduşko, 11. Ponomarenko

Baş məşqçi: İqor Kostyuk

Ehtiyat oyunçular: 43.Olxovyi, 10. Şaparenko, 14.Luisin, 16. Oqundana, 18. Timçik, 22. Kabayev, 23. Malış, 29. Buyalski, 66. Tiare, 91. Mixaylenko, 99. Munqenge

Baş hakim: Styuart Ettuell

Baş hakimin köməkçiləri: Yan Hussin, Nik Qrinhalq

Dördüncü hakim: Lyuis Smit

VAR: Peter Benks

AVAR: Ceyms Bell

Tofiq Bəhramov adına Respublika Stadionu


Sizin reklam burada
Sizin reklam burada