İqtisadiyyatımız
kiçilməkdə davam edir. Rəsmi məlumatlara görə bu il iyulun 1-nə olan rəsmi məlumata
görə, Azərbaycanda vergi borclarının həcmi 4 milyard 50,4 milyon manat təşkil
edib. Bu məbləğ ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4% artmışdır.
Yəni, bu
ilin ilk yarısında vergi borcları kəskin artıb, yaxşı niyə artıb, kimdir
borclular?!
Bununla
bağlı danışan iqtisadçı Natiq Cəfərli
deyir ki, dövlət şirkətləri arasında borclular çoxdur:
“Təəssüf ki,
ayrıca təsnifat aparılmır. Amma, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin
böyük vergi borcları həmişə olub, indi də var.
Narahatedici
məsələ odur ki, indi özəl şirkətlərin də vergi borcu artır. Bu isə o deməkdir
ki, onların dövriyyəsi, gəliri azalıb. Dövriyyə-gəlir azalıbsa, deməli yeni
yatırımlar etmirlər. İnvestisiya yoxdursa, azdırsa, deməli yeni iş yerləri
yaranmır, intisadi aktivlik yavaşlayır, və s.
Səbəb-nəticə
bağını uzatmaq da olar. Bütün bunların səbəbi iqtisadi artımın zəifləməsi, əlavə
dəyərin daha az yaranmasıdır. Bu vəziyyətin səbəbi isə vergi-rüsum-cərəmə siyasətinin
yanlış olması, iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyidir”.
News365.az