Qazi,
AzTV-nin əməkdaşı Məqsəd Məmmədovun faciəvi ölümü hər kəsi üzdü. Erməni gülləsi
ödürmədiyi qazimizi çox sevdiyi Xəzər öldürdü.
Xatırladaq
ki, ötən il qazimiz övlad itkisinin acısını yaşamışdı...
Bu acını
özünün sosial səhifəsində paylaşan jurnalist Aida Eyvazlı yazır:
“Vətən
müharibəsi başlayanda işini atıb, döyüşə getmişdi Məqsəd Məmmədli... AZTV-nin İnformasiya
Proqramları redaksiyasının prodüsseri idi. Onu hamı sevirdi. Çılğın olduğunu
bilirdik. Hisrlənəndən sonra, gəlib , üzr istəməyi var idi. Sonra da deyirdi
ki, "mənə baş qoşmayın,mən davada kontuziya almış adamam..."...
Bir az bu
dünyadan, bir az taleyindən, bir az özündən, bir az da ətrafdakılardan şikayətçi
idi həmişə. İki il bundan əvvəl 3 yaşlı oğlunu məhəllədə təsadüfən maşın vurub öldürdü.
Elə təzəcə öyrəşirdi bu itkinin ağırlığına...
İki institut
bitirmişdi. Diplomlu jurnalist idi. Deyidi ki, gərək müharibədə öləydim...
Dostlarım öldü mən sağ qaldım... Onlar məndən daha bəxtəvər idilər.
Hər gün işə
anasının bişirdiyi yeməyi gətirib ləzzətlə yeyərdi. Deyirdim "Məqsəd, ana
yeməyi ləzzətli olur...".
Gənc ailəsindən
ayrılmışdı. Lakin 7 yaşlı qızını gedib hər həftə görürdü. Barışmaq istəyirdi
ailəsi ilə...
Bu dünya ilə
savaşan Məqsəd, dənizlə savaşa bilmədi. Dəli dəniz onu bizdən aldı. Məqsəd həm
də bizim departamentin ərköyünü idi...
Qulağımız səsdədir.
Bax elə indicə səs-küylə gəlib , kimisə çəkilişə göndərəcək...
Yox... gəlmir....
Elə insanlar
var ki, səssiz ölüb gedirlər, heç yadda qalmırlar... Məqsəd isə bizim yaddaşımızdan
silinməyəcək..
Xəbərlər departamentinin
bu gün səs-küyü azalıb elə bil...
Dəli olub bu
dəniz...
Dəli olmasa,
bu qədər insanı çənginə alıb udmaz...
Həmkarlarımızdan
biri bayaq danışırdı ki: "Mənim rəhmətlik bibim deyərdi ki. dəniz həmişə
geri çəkiləndə, suyu azalanda, çoxlu adam udur. İnsan qanından doyandan sonra,
yenə geri qayıdır...".
Bu mif olsa
da, mən bu mifin gerçəkliyinə inanıram.
10 gün içərisində
iki əməkdaşımızın ailəsini tükəndirdi bu Xəzər...”
Rəhilə Həmidovanın
12 və 22 yaşlı qardaşlarını bir göz qırpımında uddu...
Mən bu dənizi
sevirdim...İndi sevmirəm.
Dəlinin nəyini
sevəcəyəm ki...
Dəli olub bu
dəniz...”
News365.az