Biləsuvarda yeniyetmə 44 yaşlı kişini Öldürüb-FOTO

Biləsuvarda yeniyetmə 44 yaşlı kişini Öldürüb-FOTO
13 Avq 2026 21:40

Avqustun 13-də Biləsuvar rayonunun Dərvişli kəndində 44 yaşlı kişinin kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

News365.az xəbər verir ki, məlumata görə 1982-ci il təvəllüdlü Şölət Rüstəmli kənd ərazisində münaqişə zəminində kəsici alətlə qətlə yetirilib.

Cinayət əməlini törətməkdə şübhəli bilinən 16 yaşlı S.Ş. polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır


Sizin reklam burada
Sizin reklam burada