Roma yaxınlığındakı hərbi zavodda partlayış

Roma yaxınlığındakı hərbi zavodda partlayış
13 Avq 2026 23:40

Roma yaxınlığındakı hərbi zavodda partlayış baş verib.

News365.az xəbər verir ki, bu barədə İtaliyanın ANSA xəbər agentliyi məlumat yayıb.

Qeyd olunub ki, qəza barıt presləmə sexində baş verib. Partlayışdan əvvəl yanğın olub və hadisə zavodun yalnız kiçik bir hissəsinə təsir göstərib.

Müəssisə quru və dəniz qüvvələri üçün orta və iriçaplı sursat, eləcə də raketlər üçün bərk yanacaq istehsal edir.

İtki barədə məlumat yoxdur.

Yanğınsöndürənlər və xilasedicilər hadisənin nəticələrini aradan qaldırmaq üçün çalışırlar.


Sizin reklam burada
Sizin reklam burada