Xocavənd rayonunda boş ərazidə güclü yanğın başlayıb.
News365.az xəbər verir ki, hadisə rayonun Yuxarı Veysəlli kəndi ərazisində qeydə alınıb.
Dağ massivində, boş ərazidə başlayan yanğın küləyin təsiri ilə genişlənib. Alov ətraf ərazilərdən aydın şəkildə müşahidə olunur.
Yanğın baş verən ərazilərdə polis əməkdaşları xidmətə cəlb olunublar.
Hazırda yanğının qarşısının alınması istiqamətində tədbirlər görülür.