Yanvarın 24-də Ermənistan Milli Assambleyasının Avropaya inteqrasiya komitəsi qərbyönlü qüvvələrin təklif etdiyi “Ermənistanın Avropa İttifaqına daxil olması prosesinin başlanması haqqında” qanun layihəsinə baxacaq. Bu barədə qanunverici orqanın saytında məlumat verilib.
Layihə müvafiq komitə tərəfindən bəyənilərsə, sənəd qanunverici orqanın plenar iclasında müzakirəyə çıxarılacaq.
Xatırladaq ki, qanun layihəsi hökumətin yanvarın 9-da keçirilən iclasında bəyənilərək parlamentə göndərilib. Bundan əvvəl parlamentdə təmsil olunmayan bir sıra partiyalar tərəfindən prosesin başlanmasının lehinə olan imzatoplama təşkil edilmişdi. Təşəbbüskarlar 60 min imza toplaya biliblər.
Tural