Erməni ordusu mövqelərimizi bir neçə dəfə atəşə tutdu

Erməni ordusu mövqelərimizi bir neçə dəfə atəşə tutdu
17 Mar 2025 22:45

Martın 17-si saat 17:25-dən 21:45-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Qarakilsə rayonunun Saybalı, Çənbərək rayonunun Vaqan və Basarkeçər rayonunun İstisu yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan fasilələrlə atəşə tutub.


News365.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb


Sizin reklam burada
Sizin reklam burada