Ərdoğan İrana səfər edəcək?

Ərdoğan İrana səfər edəcək?
14:35

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İrana səfər edə bilər.

News365.az xəbər verir ki, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi Ərdoğanın mümkün səfərindən danışıb.

Bəqayi bildirib ki,  Türkiyə prezidentinin Tehrana səfəri ilə bağlı danışıqlar davam edir.

Onun sözlərinə görə, səfərin həyata keçirilməsi prinsipcə razılaşdırılıb və tərəflər hazırda uyğun tarixi müəyyən etmək üçün danışıqlar aparırlar:

“Səfərin dəqiq vaxtı diplomatik kanallar vasitəsilə yaxın vaxtda dəqiqləşəcək”.


Sizin reklam burada
Sizin reklam burada