“Əmtəə bazarında saxta ətirlər hələ də geniş yayılıb” Eyyub Hüseynovdan AÇIQLAMA

“Əmtəə bazarında saxta ətirlər hələ də geniş yayılıb” Eyyub Hüseynovdan AÇIQLAMA
13:39

“Əmtəə bazarında saxta ətirlər hələ də geniş yayılıb”.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov News365.az-a açıqlamasında ölkədə ətir və kosmetika sektorunda vəziyyətin hələ də ciddi problemli olduğunu bildirib.

Hüseynov qeyd edib ki, Əmtəə bazarında saxta ətir və kosmetika məhsulları geniş yayılıb və bu, artıq bazarın “kirlənmiş” vəziyyətinə çevrilib:

“Biz 8 il boyunca araşdırmalar apardıq. Məlum oldu ki, ölkə bazarında çox sayda saxta ətir və kosmetika məhsulları var. Satılan yerləri müəyyən etdik və ifşa etdik. Hətta o zamanlar "Sabina" şirkəti bu bazarın təmizlənməsində maraqlı idi. Onun sahibi Fuad bəy  yüksək sıviyyəli bir ziyalı idi, indi rəhmətə gedib. Allah rəhmət eləsin. Amma onun getməsindən sonra bazar yenidən kirlənməyə başladı.”

Hüseynov əlavə edib ki, hazırda bazarda saxta məhsulların satışı davam edir və həm yerli, həm də idxalçı istehsalçılar bazarın təmizlənməsində maraqlı deyillər:

“Bazarda istehlakçıları aldatmaq halları hələ də mövcuddur. Hətta ən prestijli dükanlarda belə saxta ətirlər satılır. Vaxtı keçmiş ətirlər, qramla satılan məhsullar istehlakçı üçün ciddi risklər yaradır. Bu məhsullar dəridə ciddi izlər və digər sağlamlıq problemlərinə səbəb ola bilər.”

O bildirib ki, bazarın bu vəziyyətinin əsas səbəbi Azərbaycan hökumətinin biznes sektoruna yaratdığı rahatlıqdır:

“Gömrük qurumları, yerli və idxalçı istehsalçılar bazarın təmizlənməsində maraqlı olmalıdır. Hazırda bazar çox pis gündədir. Bundan başqa, Nazirlər Kabinetinin 114 saylı qərarına görə dəyişdirilməyən və geri qaytarılmayan mallar sihayısındadır. Bu qərara yenidən baxılmalıdır. Bu qərar mutlaq dəyişdirilməlidir.”

Eyyub Hüseynov vurğulayıb ki, istehlakçıların sağlamlığının qorunması və bazarın təmizlənməsi üçün həm dövlət, həm də biznes qurumlarının ciddi addımlar atması vacibdir.


Sizin reklam burada
Sizin reklam burada