Polşalıların təxminən 60%-i Polşanın Ukrayna ilə münasibətlərinin tərəfdaşlıq olmadığı qənaətindədirlər.
News365.az "Belta"ya istinadən xəbər verir ki, bu, "SW" Araşdırma Mərkəzinin apardığı sorğunun nəticələrində yer alıb.
Sorğuya əsasən, respondentlərin 25%-i əks fikirdə olub. Bundan əlavə, sorğuda iştirak edən polyakların 15,2%-i qərarsızlığını bildirib.
Təhlil 18 yaşdan yuxarı 800 internet istifadəçisindən ibarət qrupu əhatə edib.
Qeyd edək ki, bir müddət öncə Polşa Prezidenti Karol Navrotski bildirib ki, Ukrayna və Polşa arasındakı münasibətləri tərəfdaşlıq adlandırmaq olmaz. Çünki Kiyev polyakların vacib olduğu məsələləri görməzdən gəlir.