Bakıda yerləşən 112 nömrəli tam orta məktəbdə boğazında çörək qalan şagirdi xilas edən valideyn danışıb.
News365.az Xəzər xəbər-ə istinadən bildirir ki, təcili tibbi yardım gələnə qədər məktəbin “Daxili keyfiyyət təminatı və özünüqiymətləndirmə” komissiyasının üzvü olan Gülnarə Həsənəliyeva çeviklik göstərərək şagirdin həyatını xilas edib:
“Övladımı gözümün qabağına gətirdim və ona kömək etdim. Boğazından çıxanda dedi ki, “xala, çox sağol”. O söz mənə çox təsir etdi”.
Qeyd edək ki, hazırda şagirdin vəziyyəti qənaətbəxşdir.
Ətraflı videomaterialda: