Prezidentdən Famil Mustafayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Famil Mustafayevlə  bağlı SƏRƏNCAM
16:17

Famil Front oğlu Mustafayev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

News365.az xəbər verir ki, Prezident İlham Əliyev bu barədə Sərəncam imzalayıb.

Sərəncama görə, Azərbaycan Respublikasında elmi fəaliyyətin qiymətləndirilməsi sahəsində səmərəli fəaliyyətinə görə Famil Mustafayev bu ordenlə təltif edilib.

Qeyd edək ki, Famil Mustafayev Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədridir.


Sizin reklam burada
Sizin reklam burada