Tahir Gozala yüksək vəzifə verildi

Tahir Gozala yüksək vəzifə verildi
12:05

“Azərbaycan Sənaye Bankı” ASC-nin Müşahidə Şurasının sədri dəyişib.

News365.az “APA-Economics”ə istinadən xəbər verir ki, Tahir Abdolbari oğlu Gozal bankın Müşahidə Şurasının yeni sədri seçilib.

O, bu vəzifədə Əhməd Abdolbari oğlu Gozalı əvəz edib. Əhməd Gözəl 2022-ci ildən “Azərbaycan Sənaye Bankı”nın Müşahidə Şurasına rəhbərlik edirdi.

Müşahidə Şurasının digər üzvləri Alireza Ziyad oğlu Firouzi Heydaranlou və Şirin Hakan Alidir.

Qeyd edək ki, Tahir Gözəl 2026-cı ilin aprelində “Azersun Holding”in Müşahidə Şurasının sədri seçilib. O, həmçinin “Qarabağ” Futbol Klubunun prezidentidir.

“Azərbaycan Sənaye Bankı”nın nizamnamə kapitalı 60 milyon manatdır. Bankın əsas səhmdarı 98,43% payla “Anadolu Investment Company” MMC-dir.


Sizin reklam burada
Sizin reklam burada