Cənubi Koreya öz ordusunu Hörmüz boğazına göndərməyəcək.
News365.az "BBC"yə istinadən xəbər verir ki, bunu Cənubi Koreya prezidenti Li Ce Myon bildirib.
Prezidentin sözlərinə görə, Cənubi Koreya bu dövrdə vətəndaşlarını və neft yollarını qorumaq üçün minimal səviyyəli tədbirlər həyata keçirməlidir:
"Münaqişədə iştiraka səbəb olacaq heç bir qoşun yeridilməyəcək. Müharibədə iştirak olmayacaq".
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp Seula İran İslam Respublikasının nüvəsizləşdirilməsində iştirak etmək istəyib-istəmədiyini soruşduğunu, lakin mənfi cavab aldığını açıqlamışdı.