BMT: Aclıq çəkən insanların sayı 520 milyona çata bilər

BMT: Aclıq çəkən insanların sayı 520 milyona çata bilər
13:00

Yaxın Şərqdəki münaqişə səbəbindən 2030-cu ilə qədər aclıqla üzləşən insanların sayı 520 milyona çata bilər.

News365.az "Reuters"ə istinadən xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Rusiya Federasiyası ilə Əlaqələndirmə Ofisinin direktoru Oleq Kobyakov deyib.

Kobyakov bildirib ki, Yaxın Şərqdəki münaqişənin təsirini nəzərə alsaq, 2030-cu ilə qədər 510 ilə 520 milyon arasında insan aclıqla üzləşəcək. Böhrandan əvvəl bu rəqəm 503 milyon olaraq qiymətləndirilirdi. 

Onun sözlərinə görə, böhran enerji və gübrə qiymətlərinin artması ilə bu aclıq əlavə ölkələrə də təsir göstərə bilər.


Sizin reklam burada
Sizin reklam burada