Elm xadimləri mütləq ingilis dilini bilməlidir - DİM sədri

Elm xadimləri mütləq ingilis dilini bilməlidir - DİM sədri
17 Mar 2025 17:18

“Biz icraedici orqanıq. Biz siyasi məsələlərdə qəbuledici orqan olaraq çıxış etmirik”.

News365.az xəbər verir ki, bunu DİM-in idarə heyətinin sədri Məleykə Abbaszadə “doktorantura niyə yalnız ingilis dilində aparılır?” sualına cavab verərkən deyib.

Onun sözlərinə görə, hazırda hansısa elmi nəticəni dünyaya çatdırmaq üçün elm xadimləri mütləq həmin elmi dili-ingilis dilini bilməlidir.

“Biz də 10-15 ərəb dili üzrə məzun var. Onlardan neçəsi doktoranturaya çatacaq? Fars dilində məzunumuz yoxdur. Bu sahə bizdə itir. Mən bunu başa düşürəm. İndiki zamanda doktoranturaya imtahanının ingilis, alman və fransız dillərində olması bizim qərarımız deyil. Biz bunu sadəcə icra edirik. Həmin sahədə çalışan alimlərdə ingilis dilini bilməlidir”.


Sizin reklam burada
Sizin reklam burada