"Elə bil boşanmaq üçün evlənir gənclər"- Həkimdən SOS

"Elə bil boşanmaq üçün evlənir gənclər"- Həkimdən SOS
11 Apr 2025 09:44

 

Son zamanlar təküşaqlı ailələrin sayı artıb. İndi 2-3 uşaq olan ailə daha azdır. Halbuki, 30 il bundan əvvəl hər ailədə ən azı 2-3 uşaq olurdu. Bəzi ailələrdə isə 4-5 uşaq böyüyürdü. Bu da ailə institutunu daha möhkəm edirdi.

Mövzu ilə bağlı News365.az-a danışan həkim Vaqif Qarayev etiraf edir ki, bizdə ailə əksər hallarda nəsil artırmaq üçün qurulur:

“Sevgi filan var, amma evlənəndən cəmi üç ay sonra hamı zavallı gəlinin üstünə düşür ki, uşağın niyə olmur? Kişi sonsuzluğu da ilbəil artır

İndi vəziyyət kökündən dəyişib. Evlənmək istəyən azdır. Boşanma sayı isə çoxdur. Elə bil boşanmaq üçün evlənir gənclər. Gəlirlərin az olması, mənzilsizlik və s. Bunlar hamısı səbəbdir. Amma 90-larda sosial vəziyyət indikindən qat qat çətin olsa da doğum sayı azalmırdı. Əslində ciddi ciddi müzakirə olunub qərar çıxarılası məsələdir".

News365.az


Sizin reklam burada
Sizin reklam burada