Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı

Elbrusda həlak olan Bosniya alpinistlərinin sayı 5-ə çatdı
09:18

Rusiyanın Elbrus dağında baş verən faciə nəticəsində həlak olan Bosniya alpinistlərinin sayı 5 nəfərə çatıb.

Bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Bildirilib ki, turist qrupundan yalnız iki nəfər sağ qala bilib. Onlardan biri dağdan öz gücü ilə enərək xilasedicilərə xəbər verib. Digər turist isə axtarış-xilasetmə əməliyyatı zamanı tapılıb.

Hər iki sağ qalan şəxs xəstəxanaya yerləşdirilib və hazırda həkim nəzarətindədir.

Məlumata görə, əvvəlcədən qeydiyyatdan keçmiş turist qrupu Elbrusun dəniz səviyyəsindən 5 100 metr yüksəklikdə yerləşən aşırım hissəsində əlverişsiz hava şəraiti ilə üzləşib. Pis hava səbəbindən qrupun iki üzvünün vəziyyəti pisləşib və onlar hadisə yerində həyatını itiriblər. Sonradan ölənlərin sayı beşə yüksəlib.

Hadisə ilə bağlı Rusiya İstintaq Komitəsi tərəfindən araşdırmalara başlanılıb.


Sizin reklam burada
Sizin reklam burada