News365.az xəbər verir ki, Sosial Məsələlərin Həllinə Kömək İctimai Birliyinin təşkilatçılığı ilə Konstitusiya və Suverenlik İli çərçivəsində “Gələcək, Sosial Təhsil və Sosial Dəyərlər” adlı tədbir həyata keçirilib.
Bu barədə QHT sədri Nərmin Daşdəmirbəyli məlumat verib.
“Tədbirin əsas mahiyyəti sosial təşkilat tərəfindən il ərzində icra olunan bir sıra sosial layihələrin təqdim olunması idi. Bu layihələr təhsil sahəsində, inklüziv cəmiyyətin təşviqi istiqamətində, eləcə də sosial və korporativ dəyərlərin formalaşdırılmasına xidmət edən çoxsaylı sosial təşəbbüsləri əhatə edirdi. Hər bir layihə uğurla tamamlanaraq tədbir çərçivəsində ictimaiyyətə təqdim olundu”.
Tədbirin əsas hissəsində təhsilin cəmiyyətimizdəki önəmini vurğulamaq məqsədilə tələbə və gənclərin hazırladığı xüsusi tamaşa nümayiş etdirilib. Tamaşa iştirakçılar və qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.
Daha sonra tədbirin ümumi təşkilati fəaliyyəti və sosial layihələrin icrasını əks etdirən videoçarx nümayiş etdirilib. Video-çarxın ardınca rəsmi çıxışlar olub. Tədbir sonunda xatirə fotoları çəkilib.