Dindən siyasi aləti kimi kimlər istifadə edir? - Tural İrfan yazır
Cəmiyyət
09:34
Dinin siyasiləşdirilməsi və ya siyasətə alət edilməsi yaxud siyasətin dini təbliğata vasitə kimi təqdim olunması yanlışdır. Dinin siyasət aləti kimi istifadə olunması əsasən teokratik rejimlərdə baş verir. Din partiya deyil, peyğəmbərlər də siyasi lider deyil.
Məzhəbçilik və ya məzhəbləşmə əsasən dindən siyasi məqsədlər üçün istifadə edildikdə geniş vüsət alır. Əslində İslam təriqət və məzhəblərinin əksəriyyəti siyasi səbəblərdən yaranıb. Sünnilik və şiəliyin ilk yaranma səbəbi sırf siyasidir. Dini və siyasəti bir - birinə qatmasaq ayrılıqda faydalıdır. Lakin qatışdıqda siyasət dini əridir, təhrif edir, hədəfini dəyişir.
Din əsasən cəmiyyətin mənəvi, əxlaqi, mədəni yöndən kamilləşməsinə xidmət etməlidir. Din elmli, təhsilli, əxlaqlı, mənəviyyatlı, vicdanlı cəmiyyət yetişdirə bilsə yaxud mövcud cəmiyyəti bu dəyərlərlə zənginləşdirsə bütün sahələrdə ədalət, humanizm prinsiplərinə sadiqlik lübüdləşər...