Ukraynada rezonans: Prezidentlə bağlı gözlənilməz video ortaya çıxdı

Ukraynada rezonans: Prezidentlə bağlı gözlənilməz video ortaya çıxdı
09:56

Ukraynanın “Birinci Qərb” telekanalı Prezident Volodimir Zelenskinin Krımı Rusiya ərazisi kimi tanıdığını əks etdirən video yayımlayıb.

News365.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb .

Noyabrın 19-da yayılan videoda Ukrayna Prezidenti guya bəyan edib ki, Moskva Kiyevi qalib hesab etməyə rəsmi razılıq verməsi qarşılığında Donetsk, Luqansk və Krımı Rusiya ərazisi kimi tanımağa hazırdır.

Həqiqiliyi sübuta yetirilməyən videoda Zelenski Rusiya Prezidenti Vladimir Putinə Krıma rəhbərlik etmək arzusunu ifadə edərək əlavə şərt təqdim edib.

Video bir neçə dəqiqə içində silinib. Ukrayna telekanalı insidentlə bağlı şərh bildirməyib və ya hər hansı haker hücumu barədə məlumat verməyib.


Sizin reklam burada
Sizin reklam burada