TƏBİB-in icraçı direktoru Vüqar Qurbanov Yeni Klinikada təşkil olunan brifinqdə ölkədə stomatoloji xidmətin vəziyyətindən danışıb.
News365.az xəbər verir ki, onun sözlərinə görə, vətəndaşların əksəriyyəti mövcud stomatoloqlara inanmır ki, bu da xidmət keyfiyyətinin aşağı olmasından xəbər verir.
V.Qurbanov bildirib ki, yay aylarında stomatoloqlara ciddi xəbərdarlıqlar edilib və ilin əvvəllərindən bu sahədə problemlərə dair faktlar mövcuddur: “Ölkə üzrə bir çox tibb müəssisələrimizdə vətəndaş müraciəti demək olar ki, yoxdur. Bizim üçün əsas olan vətəndaşın aldığı tibbi xidmətdən məmnunluğudur”.
V.Qurbanov həmçinin vurğulayıb ki, TƏBİB gələcəkdə stomatoloji xidmətlərin keyfiyyətinin artırılması və vətəndaşların məmnunluğunun təmin olunması üçün əlavə tədbirlər görəcək.
News365.az