Bakıda taksi mübahisəsi - Sifarişi ləğv edən sürücü sərnişini döydü

Bakıda taksi mübahisəsi - Sifarişi ləğv edən sürücü sərnişini döydü
13:29

Bakıda taksi sürücüsü sərnişini döyüb.

Bakıvaxtı.az Lent.az-a istinadən xəbər verir ki, hadisə gecə saat 1 radələrində Nizami rayonu "Neftçilər" metrostansiyası yaxınlığında baş verib.

Paytaxt sakini olan bir nəfər "Bolt" tətbiqi vasitəsilə taksi sifariş edib. Sifarişi 26 yaşlı Ümid Məmmədov (ad və soyad şərtidir) qəbul edib. Lakin avtomobildə nasazlıq yarandığını görərək, sifarişi ləğv edib. Buna görə də sərnişin Ümidi söyərək təhqir edib. Təhqirlərdən hiddətlənən gənc sürücü yumruq zərbələri ilə müştərinin sifət və başına zərbələr vuraraq, ona xəsarətlər yetirib.

Nəticədə Ümid Məmmədov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərərvurma) maddəsi ilə cinayət işi açılıb.

Təqsirləndirilən şəxs ifadəsində zərərçəkənlə aralarında barışıq əldə olunduğunu və qarşı tərəfin ondan şikayətçi olmadığını deyərək, cinayət işinə xitam verilməsini istəyib.

Nizami Rayon Məhkəməsinin qərarı ilə cinayət işinə xitam verilib və Ümid Məmmədov məsuliyyətdən azad olunub.


Sizin reklam burada
Sizin reklam burada