Xəzər dənizin geri çəkilməsinin hansı fəsadları olacaq? - Ekoloqdan AÇIQLAMA

Xəzər dənizin geri çəkilməsinin hansı fəsadları olacaq? - Ekoloqdan AÇIQLAMA
10:32

Xəzər dənizinin səviyyəsi son illərdə bir sıra səbəblərdən azalmağa başlayıb və bu, ciddi narahatlığa səbəb olub. Dənizin geri çəkilməsi təkcə su sahəsinin daralması ilə nəticələnmir, eyni zamanda ətraf mühitə, torpağa və biologiya müxtəlifliyinə ciddi təsir göstərir. Mütəxəssislər bu prosesin insan sağlamlığı və iqtisadi fəaliyyətlər üzərində də fəsadlar yarada biləcəyini bildirirlər.

Ekoloq Qorxmaz İbrahimli News365.az-a müsahibəsində Xəzər dənizinin su səviyyəsi, onun potensial fəsadları və ekoloji təhlükələrlə bağlı geniş açıqlama verib.


“Mən ümid edirəm ki, Xəzər dənizi geri çəkilməyəcək. Bugün Xəzər kritik həddə çəkilməyibdir, Sudaşıyıcı çayları kifayət qədər çoxdur və Rusiya dövləti başda olmaqla Volqa çayı, Ural çayı və digər çaylarının suvarmaya cəlb olunmasının nisbətən azaldılması, digər çayların, yağıntılarının dəyişməsi,  həmçinin yağış və qar hesabına  çayların gür sululuğu arta bilər və səviyyə heç də fəlakət həddə gəlib çatmaz.” – ekoloq bildirib.

Qorxmaz İbrahimli əlavə edib ki, Xəzərin su səviyyəsinin azalmasının fəsadlarını öyrənmək üçün dənizin tam geri çəkilməsini gözləmək lazım deyil. Aral dənizinin quruması və Urmi gölünün ekoloji nəticələri göz önündədir. Ona görə Xəzərin qurumasının qarşısını almalıyıq:

“Xəzərin suyu çəkildikcə, minerallar insan orqanizminə daxil olmaması üçün, səhralaşma sürətlənməməsi üçün və bunun qarşısını almaq üçün müasir bitkilər əkilir. Ən azından Çinin təcrübəsində görürük ki, səhralarda necə yaşıllaşma aparıldığı kimi Azərbaycanın da aparılır.     Bakı-Şamaxı yolunda gedərkən görürük, səhralaşdırma və yaşıl zolaqların salınması işləri aparılır. Şoranlığa və su çatışmazlığına davamlı səhra bitkilərini Xəzərin su çəkilən ərazilərinə bitkilər əkmək lazımdır,” – Qorxmaz İbrahimli bildirib.

O qeyd edib ki, əks halda,  ekskavatorunu götürən gedib o ərazidə özünə çəkilmiş yerdə restoran tiksin, mən torpaq qazandım deyə sevinmək lazım deyil. Birinci növbədə Xəzəryanı sahilin ekoloji vəziyyətinə nəzarət etmək lazımdır. O fəlakətin fəsadları heçnə ilə ölçülməyəcək. göz xəstəlikləri, nəfəs yolları xəstəlikləri, digər ciddi sağlamlıq problemləri baş alıb gedər Ona görə kritiq səviyyədə olmasa da, yaşıl zolaqların salınmasını təmin etmək lazımdır. 

Qorxmaz İbrahimli müsahibəsində həmçinin vurğulayıb ki, Xəzərin qorunması istiqamətində davamlı tədbirlər görülməli və sahil ərazilərində ekoloji tarazlığın təmin edilməsi üçün ciddi işlər aparılmalıdır.


Sizin reklam burada
Sizin reklam burada