“WhatsApp”da YENİLİK

“WhatsApp”da YENİLİK
12:23

“WhatsApp”ın tərtibatçıları tətbiqin “Məlumat” bölməsinin yenilənmiş versiyasını təqdim ediblər.

News365.az bu barədə xarici KİV-ə istinadən xəbər verir.

Məlumata görə, həmin bölmənin daha nəzərəçarpan və istifadəsi daha rahat olub. Funksiya yenilənmiş interfeys əldə edib və şəxsi söhbətlərin, həmçinin istifadəçi profilinin yuxarı hissəsinə yerləşdirilib.

Yenilənmiş bölmə istifadəçilərə qısa mesajlar və emojilər paylaşmaqla öz statusları və əlçatanlıqları barədə həmsöhbətlərinə tez bir zamanda məlumat verməyə imkan yaradır.

İstifadəçilər müvafiq bildirişə toxunmaqla həmsöhbətin “Məlumat”ına birbaşa çatda cavab verə bilirlər.

Yeni funksiyanın tətbiqi mobil cihazlarda bütün istifadəçilər üçün əlçatan olacaq.


Sizin reklam burada
Sizin reklam burada