Azərbaycan Uşaqlar Birliyinin sığıncağına yerləşdirilən yeniyetmə itkin düşüb.
News365.az xəbər verir ki, bu barədə sığınacağın rəhbəri Kəmalə Ağazadə sosial şəbəkə hesabında paylaşım edib.
O, bildirib ki, yeniyetmə təhsil aldığı müəssisəyə gedib və geri qayıtmayıb. Hadisə ilə bağlı polisə məlumat verilib.
DİN-in Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli sorğuya cavab olaraq bildirib ki, itkin düşmə kimi axtarışa elan edilən 17 yaşlı yeniyetmənin tapılaraq aidiyyəti üzrə təhvil verilməsi istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər görülür.\APA