ƏƏSMN Dünya Bankının nümayəndə heyəti ilə görüş olub

ƏƏSMN Dünya Bankının nümayəndə heyəti ilə görüş olub
21:00

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Roland Praysın başçılıq etdiyi nümayəndə heyəti ilə görüş olub.

Bu barədə News365.az-a nazirlikdən məlumat verilib.

Əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev ötən dövrdə əmək və sosial müdafiə sahəsində Dünya Bankı ilə birgə icra olunan layihələrin əhəmiyyətini vurğulayıb. O, Nazirlik tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi”nin özünüməşğulluq proqramının genişləndirilməsinə mühüm dəstək olduğunu bildirib.

Həssas qrupların kiçik biznesə çıxış imkanlarına yiyələnmələrində xüsusi önəm kəsb edən bu Layihənin uğurlu icrası işlərindən bəhs edilib. Əlilliyin qiymətləndirilməsi sisteminin, əmək qanunvericiliyinin təkmilləşdirilməsi istiqamətlərində həyata keçirilmiş əməkdaşlığın önəmi vurğulanıb.

Son illər ölkəmizdə aparılan sosial islahatların uğurları, DOST Konsepsiyasının üstünlükləri qeyd edilib. Sosial sahədə rəqəmsal həllərin geniş tətbiqi işlərinə, icra olunan aktiv məşğulluq proqramlarına, icbari tibbi sığorta sistemində aparılan islahatlara dair məlumat verilib.

Roland Prays ötən dövrdə görülmüş birgə işlərlə, “Məşğulluğa Dəstək Layihəsi”nin icrası ilə bağlı müsbət fikirlərini bölüşüb. Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq perspektivləri müzakirə olunub.


Sizin reklam burada
Sizin reklam burada