Dünya müharibəsinə bir addım qalıb. İsrail - Fələstin müharibəsi günbəgün qızışır. Yəmən, Suriya, İraq, İran, Livan faktiki olaraq bu müharibənin içindədir. ABŞ və Avropa ölkələri də İsrail tərəfdən savaşa dəstək verir.
Digər cəbhədə isə Rusiya - Ukrayna savaşına artıq müttəfiq ölkələr də qoşulur. Şimali Koreya əsgər göndərdikdən sonra Ukrayna da xarici ölkələrdən könüllü qəbul etməyə qərar verib.
Aylar öncə verdiyimiz proqnoza görə ilin sonuna qədər hər iki cəbhədə atəşkəs
əldə olunmasa 2025 - ci il dünya müharibəsinin açıq fazaya keçməsi ilə tarixə düşəcək.
ABŞ-ı dünyanı qana çalxamaqda davam edir. Böyük gücə malik dağıdıcı silahlarını istifadə etməməkdən narahatlıq duyan bu div dağıtmaqda, işğal etməkdə, öldürməkdə güclü qüdrətlidir, özünü supergüc elan edir. Amma sülh yaratmaqda, savaş dayandırmaqda, qanın qarşını almaqda Uqandadan, Seneqaldan da acizdir, gücsüzdür? Amma belə deyil. Özü yaratdığı münaqişələri, savaşları özü dayandırmaz.
İbn Xəldun yazırdı ki, dövlətlə də insan kimidir: yaşayır, qidalanır və ölür. Hərəsi bir şeylə qidalanır başqa canlılar kimi. ABŞ - da neft və qanla qidalanır. Dünyada qan tökülməyəndə, özü də bu qanın içində olmayanda narahat olur, dincələ bilmir.
Başqa gücləri məhv edib təkqütblü dünya yaratmaq, özü cızdığı yeni "dünya nizamı" qurmaq bəşəriyyəti fəlakətə aparır.
Ancaq uzağı 6 aya kimi dünyada ABŞ hegemonluğuna son qoyulacaq. Dünyanın nizamı dəyişəcək, bəli. Fəqət bu, ABŞ - nın xeyrinə olmayacaq.
Tural İrfan, MCP-nin sədr müavini