Ramanıdakı yeni marketdə xarab məhsullar satılır? - VİDEO

Ramanıdakı yeni marketdə xarab məhsullar satılır? - VİDEO
15:54

Sabunçu rayonunda yeni fəaliyyətə başlayan supermarketdə biabırçı mənzərə qeydə alınıb. Mağazadan şirniyyat almaq istəyən vətəndaşlar kütləvi zəhərlənməyə yol aça biləcək rəzalətlə qarşılaşıblar.

News365.az-a göndərilən özəl video-görüntülərdə hər şey açıq-aşkar görünür.

Daxil olan şikayətə görə, Sabunçu rayonu, Ramana (Şuşa qəsəbəsi) ərazisində yeni fəaliyyətə başlayan "Ram Store" supermarketində insan sağlamlığına ciddi təhlükə yaradan fakt qeydə alınıb.

"Yararlılıq müddəti yoxsa laqeydlik?"

Mağazanın vitrinində satışa çıxarılan şirniyyat məhsullarının daxilində açıq-aşkar xarab olmuş, kif atmış məhsullar aşkar edilib. Yeni açılmasına baxmayaraq, market rəhbərliyinin alıcıların sağlamlığına qarşı bu dərəcədə laqeyd yanaşması sakinlərin kəskin etirazına səbəb olub.

Sözügedən video-görüntülərini təqdim edirik:



Sizin reklam burada
Sizin reklam burada