İran və ABŞ razılığa gəldi

İran və ABŞ razılığa gəldi
17:16

İran və ABŞ xaricdə dondurulmuş aktivlərdən Tehrana 3 milyard dollar ayrılması barədə ilkin razılıq əldə edə bilib.

News365.az xəbər verir ki, bu barədə mənbələrə istinadən "Al Arabiya" telekanalı məlumat yayıb.

"İrana 3 milyard dolların ayrılması barədə ilkin razılıq ABŞ və İran arasında Dohada keçirilən dolayı danışıqlar zamanı əldə edilib", - məlumatda qeyd olunub.

Orada söhbətin ABŞ-də yoxsa digər ölkələrdə dondurulmuş aktivlərdən getdiyi göstərilmir.


Sizin reklam burada
Sizin reklam burada