Avropanın yenidən silahlanması ABŞ-də 200 minə yaxın müdafiə sənayesi iş yerinin qorunmasına imkan verib.
News365.az xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte bildirib.
Onun sözlərinə görə, Avropa ölkələrinin hərbi sifarişləri ABŞ müdafiə sənayesində təxminən 300 milyard dollarlıq sifariş portfeli formalaşdırıb. Bu sifarişlər nəticəsində ölkədə 200 minə yaxın müdafiə sənayesi üzrə iş yeri təmin edilib.
Rütte qeyd edib ki, Avropanın müdafiə xərclərinin artırılması həm NATO-nun hərbi imkanlarını gücləndirir, həm də ABŞ iqtisadiyyatı və müdafiə sənayesi üçün mühüm töhfə verir.