Belçikada yaşayış binasında baş verən yanğında azı 6 nəfər ölüb.
News365.az xəbər verir ki, hadisə şəhərin Linkeroever rayonunda yerləşən 10 mərtəbəli yaşayış binasında baş verib.
Məlumata görə, yanğın nəticəsində çoxsaylı sakin xəsarət alıb. Binadan 200-dən çox sakin təxliyə edilib, xilasedicilər isə hadisə yerində axtarış-xilasetmə əməliyyatlarını davam etdirirlər.
Yanğının başvermə səbəbi araşdırılır.