Samuxda çaya aşan yük maşınında batan şəxsin meyiti tapılıb YENİLƏNİB

Samuxda çaya aşan yük maşınında batan şəxsin meyiti tapılıb YENİLƏNİB
01 İyl 2026 22:20

Samuxda yük avtomobilinin çaya aşması nəticəsində batan şəxsin meyiti sudan çıxarılıb.

News365.az xəbər verir ki, FHN-in Kiçik Həcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu Cəlilabad rayon sakini, 1992-ci il təvəllüdlü V.Nəzərovun meyitini sudan çıxarıb.


Meyit müayinə olunması üçün aidiyyəti üzrə təhvil verilib.

Qəza zamanı Füzuli rayon sakini 1992-ci il təvəllüdlü R.Mirzəyev və Şəki sakini 1998-ci il təvəllüdlü Ş.Sadıqov müxtəlif dərəcəli xəsarətlər alıblar.

Faktla bağlı araşdırma aparılır.

***

19:50

Samuxda "MAZ" çaya aşıb.

News365.az xəbər verir ki, hadisə rayonun Burunqovaq kəndinin yaxınlığında baş verib.

Belə ki, hərəkətdə olan "MAZ" markalı yük avtomobili idarəetmədən çıxaraq Qabırrı çayına aşıb.

Nəticədə, "MAZ"da olan 1 nəfər çayda boğularaq ölüb, 2 nəfər isə sudan çıxıb.

Hazırda suda boğularaq ölən şəxsin axtarışlarına başlanıb.

Əraziyə adiyyəti qurumların əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.


Sizin reklam burada
Sizin reklam burada