İran hökuməti mərhum ali lider Ayətullah Seyid Əli Xameneinin iyulun 9-da Məşhəddə keçiriləcək dəfn mərasimi ilə əlaqədar ölkə üzrə matəm elan edib.
News365.az İran KİV-nə istinadən xəbər verir ki, məlumatı hökumətin sözçüsü Fatimə Mühacirani açıqlayıb.
O deyib ki, Nazirlər Kabinetinin bu gün qəbul etdiyi qərara əsasən, Ayətullah Xameneinin dəfn mərasimində iştirak edənlərin Tehrandan geri qayıdışını asanlaşdırmaq məqsədilə iyulun 7-si, çərşənbə axşamı günü paytaxtda rəsmi tətil elan edilib.
Mühacirani qeyd edib ki, Nazirlər Kabinetinin qərarına əsasən, “İran şəhidi” kimi anılan Ayətullah Xameneinin Məşhəd şəhərində keçiriləcək dəfn mərasimi ilə əlaqədar iyulun 9-u, cümə axşamı günü ölkə üzrə rəsmi matəm günü elan olunub.
Rəsmi proqram üzrə vətəndaşlar üçün Xamenei ilə vida mərasimi iyulun 4-də saat 06:00-da Tehrandakı İmam Xomeyni Musallası kompleksində başlayacaq və iyulun 5-i saat 20:00-dək davam edəcək. Tehranda və Qumda keçiriləcək mərasimlərdən sonra Xameneinin nəşi İraqın dörd şəhərinə aparılacaq, daha sonra isə son dəfn üçün Məşhədə qaytarılacaq.
Mərhum liderin iyulun 9-da Məşhəd şəhərində torpağa tapşırılması nəzərdə tutulur.