Qəzzada HAMAS-ın bölük komandirinin öldürülüb

Qəzzada HAMAS-ın bölük komandirinin öldürülüb
01 İyl 2026 22:40

İsrail Qəzza zolağında HAMAS-ın hərbi qanadının bölük komandirlərindən biri olan Adil Əsfurun öldürüldüyünü açıqlayıb.

News365.az xəbər verir ki, bu barədə İsrail Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hava zərbəsi nəticəsində zərərsizləşdirilən Adil Əsfur müharibə ərzində İsrail hərbçilərinə qarşı snayper hücumları və partlayıcı qurğularla hücumlar təşkil edib.

Məlumata görə, o, son həftələrdə HAMAS-ın döyüş qabiliyyətinin bərpası cəhdlərində də iştirak edib və Qəzza zolağında fəaliyyət göstərən İsrail hərbçiləri üçün təhlükə hesab olunurdu.

Ordunun açıqlamasında vurğulanıb ki, əməliyyatdan əvvəl mülki əhaliyə mümkün zərərin minimuma endirilməsi üçün zəruri tədbirlər görülüb.


Sizin reklam burada
Sizin reklam burada