FİFA DÇ-2026-nın qaliblərinə təqdim olunacaq xüsusi çempionluq üzüklərini nümayiş etdirib.
News365.az xəbər verir ki, bu mükafat ilk dəfə qurumun himayəsi altında keçirilən turnirlərdə tətbiq olunacaq.
Ümumilikdə 2026 nömrələnmiş üzük hazırlanacaq. Onlardan 30-u dünya çempionlarına təqdim ediləcək, qalan 1996-sı isə azarkeşlər üçün satışa çıxarılacaq.
Üzüyün bir tərəfində Dünya Kuboku təsvir olunacaq, digər tərəfi isə çempion yığmanın simvolları ilə bəzədiləcək. Hər üzük fərdi ölçüdə hazırlanacaq və orijinallıq sertifikatı ilə birlikdə təqdim ediləcək.
Final matçından dərhal sonra müvəqqəti üzüklər çempion komandanın kapitanı və baş məşqçisinə veriləcək. Fərdiləşdirilmiş 30 üzükdən ibarət tam dəst isə komandaya daha sonra təqdim olunacaq.
Qeyd edək ki, DÇ-2026-nın İspaniya və Argentina arasında keçiriləcək final oyunu iyulun 19-da Nyu-Cersidəki "Metlayf" stadionunda baş tutacaq.