Pentaqon raket istehsalını artıracaq.
News365.az xəbər verir ki, Pentaqon raket istehsalının genişləndirilməsi məqsədilə “Lockheed Martin” və “General Dynamics Ordnance and Tactical Systems” şirkətləri ilə 7 illik müqavilələr imzalayıb.
Razılaşmalar ABŞ-ın raket istehsalı imkanlarının artırılmasını nəzərdə tutur.
Qeyd edilib ki, Pentaqon xüsusilə hava hücumundan müdafiə sistemləri üçün raketlərin istehsalını əhəmiyyətli dərəcədə artırmağı planlaşdırır.