Nura Suri Roza Zərgərlidən yazdı

Nura Suri Roza Zərgərlidən yazdı
01:33

Müğənni Nura Suri həmkarı Roza Zərgərli haqqında xoş sözlər yazıb.

News365.az xəbər verir ki, o qeyd edib:

"Bizimkilər Roza Zərgərlinin ölkə xaricindəki uğurlarına biganə yanaşdıqca o, daha da çox uğur qazanır.


Bu gün Qırğızıstanın paytaxtı Bişkekdə keçirilən VI Dünya Köçəri Oyunlarının açılış mərasimində çıxış edib. Azərbaycan Prezidenti İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və digər yüksək səviyyəli qonaqların qatıldığı bu mərasimdə 20-yə yaxın ölkənin liderləri iştirak edib. Amma gördüyüm qədərilə, saytlarımızdan yalnız bəziləri onun çıxışı barədə xəbər yayıb.


Başa düşə bilmirəm, necə olur ki, TikTok-da məşhurlaşan, cəmiyyətə, dövlətə heç bir xeyri dəyməyən insanları təbliğ edirlər, amma Azərbaycan musiqisini ölkə sərhədlərindən kənarda sevdirə bilən bir sənətçinin uğurlarını eyni həvəslə işıqlandırmırlar? Səbəb nədir?"

https://www.instagram.com/reel/Dct4jEJAjOE


Sizin reklam burada
Sizin reklam burada