Ermənistanda şəhər meri saxlanıldı

Ermənistanda şəhər meri saxlanıldı
31 Avq 2026 23:40

Ermənistanın Noyemberyan şəhərinin meri Arsen Ağababyan ölkənin Antikorrupsiya Komitəsinin əməkdaşları tərəfindən saxlanılıb və İrəvana aparılır.

News365.az Ermənistan KİV-ə istinadən xəbər verir ki, Antikorrupsiya Komitəsi məmurun saxlanıldığını təsdiqləyib.

Ağababyan müxalif "Yaşamaq üçün ölkə" partiyasını təmsil edir. İşin təfərrüatı ibtidai istintaqın maraqları naminə açıqlanmır.



Sizin reklam burada
Sizin reklam burada