Milliyyətçi Hərəkat Partiyasının (MHP) lideri Dövlət Baxçalının həbsdə olan Xalqların Demokratik Partiyasının (HDP) keçmiş həmsədri Səlahəddin Dəmirtaşa telefonla zəng etdiyi iddia olunur.
News365.az xəbər verir ki, bu xəbər Abdullah Öcalanın PKK-ya silahları yerə qoymaq və təşkilatı ləğv etmək çağırışından sonra Türkiyənin siyasi gündəmini daha da hərəkətləndirib.
Hakimiyyətə yaxınlığı ilə tanınan jurnalist Nagehan Alçı “Habertürk” kanalında yayımlanan proqramda Dövlət Baxçalının Dəmirtaşa telefon açdığını bildirib. Bundan əlavə, Öcalanın çağırışından dərhal sonra Baxçalının Demokratiya və Əmək Partiyasının (DEM) həmsədri Tuncer Bakırhana da zəng etdiyi öyrənilib.
Tuncer Bakırhan televiziya çıxışında Dövlət Baxçalının ona Öcalanın zəngindən bir dəqiqə sonra zəng etdiyini açıqlayıb. Bakırhan bu barədə belə deyib:
"Hörmətli Öcalan 1 oktyabr partlayışına əhəmiyyət verir və bunu çox dəyərli hesab edir. O, bu çağırış üçün xüsusi vaxt ayırdı. Öcalan, cənab Baxçalının bu prosesdə rol oynaya biləcəyini söylədi. Canlı yayımdan sonra Baxçalı mənə zəng etdi və məni təbrik etdi. 'Rahat olun, bu ölkəni birlikdə demokratikləşdirəcəyik' dedi."
Baxçalının Dəmirtaş və Bakırhana zəng etməsi ilə bağlı rəsmi açıqlama verilməsə də, bu iddialar siyasi dairələrdə geniş müzakirələrə səbəb olub.