“DİM tərəfindən 11-ci siniflər üçün keçirilən Buraxılış imtahanında 81-ci sualı (riyaziyyatdan) mənə göndərdilər ki, baxım.Məsələ tərtibində ciddi problemlər var”.
Bunu News365.az –a söhbətində iqtisadçı ekspert Eldəniz Əmirov deyib. O bildirib ki, qeyri-dəqiq ifadələrlə məsələ tərtib edilməməlidir:
“Məsələnin həm şərtləri, həm də sualı aydın deyil. Birincisi, sual turba ilə bağlıdırsa, ya "neçə ədəd turba lazımdır", ya da "neçə metr turba lazımdır" formasında verilməlidir. Çünki məsələnin şərtində "hər bir turbanın uzunluğu" ifadəsi yer alır. Lakin sual "nə qədər turba" şəklində qoyulub ki, bu da dəqiqlikdən uzaqdır. Bu səbəbdən sual neçə metr üzərində qurulmalıdır. Bundan əlavə, sual açıq tipli olduğuna görə cavab variantları təqdim edilsəydi, abituriyentlər cavablara baxaraq metr və ya ədəd anlayışını daha asan ayırd edə bilərdilər. Digər tərəfdən, sualda "ən azı" ifadəsi işlədilib. Bu ifadə yalnız o halda istifadə olunmalıdır ki, şərtləri ödəyən bir neçə mümkün hal olsun və abituriyent onların içindən ən kiçiyini seçsin. Lakin bu məsələdə konkret şəkil təqdim edildiyi üçün "ən azı" ifadəsi artıqdır və yalnız çaşdırıcı təsir yaradır. Odur ki, suallar elə tərtib edilməlidir ki, qeyri-müəyyənlik və ikibaşlılıq yaranmasın. Məsələnin bütün məqamları dəqiq və anlaşılır olmalıdır.Hazırki vəziyyətdə isə "64" verilmiş şərtlər, cümlə quruluşları və.verilmiş şəkilə uyğun ən uyğun cavabdır.